"Atletiko" Arda üçün narahatdır

01:20 - 18 Oktyabr 2013

"Onlar Ardanı təsəlli etmək üçün indidən hərəkətə keçib" 
 
 
İspaniyanın "Atletiko" klubunda oynayan ulduz futbolçu Arda Turan, Hollandiya matçı əvvəlində özünə, "Biz Dünya Kubokundayıq. Sən olmayacaqsan" deyə zarafat yoluyla ilişən komanda yoldaşlarına, "Hollandiyanı məğlub edib mən də orada olacağam" demişdi. Ancaq alınan məğlubiyyətlə Türkiyə 2014 Dünya Çempionatına getmək ümidlərini itirdi.
 
Sportal.az xəbər verir ki, ispan qəzetlərində Ardaya mənəvi mənada ən böyük dəstəyi, Atletikonun verəcəyi ifadə edilib. Ardanın, Türkiyənin hücumçularına əlindən gəldiyincə qol şansı yaratdığını yazan El Mundo Deportivo qəzeti, "Arda, yaşadığı bu şoku "Atletiko"nun qarşıdakı matçlarda alacağı qələbələrlə tez unudacaq. Başda  Dieqo Simeone və oyunçuları, Ardanı təsəlli etmək üçün indidən hərəkətə keçib" deyə yazdı. 
 
Ölkənin bir başqa əhəmiyyətli idman qəzeti Marca isə  "Arda Dünya Çempionatının ən əhəmiyyətli itkinlərindən biri olacaq. Futbolsevərlərin onu izləyə bilməyəcək olması, böyük şanssızlıq. "Atletiko" isə bu həftə "Espanyol"la oyuna çıxacaq. Komandanın ən əhəmiyyətli ulduzu olan təcrübəli futbolçunun əhvalının, bir an öncə əvvələ dönməsi, komanda adına çox əhəmiyyətli olacaq"

Xəbər xətti