"Qolumu qələbəyə həsrət qalan "XL" azarkeşlərinə həsr edirəm"MÜSAHİBƏ

12:37 - 20 Oktyabr 2013

Ağabala Ramazanov "Neftçi" ilə oyunda da qol vuracağına söz verdi
 
"Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanovun Sportal.az-a müsahibəsi
 
- "Simurq"la oyun haqqında nə deyə bilərsən?
- Çətin oyun oldu, ilk hissə yaxşı oynaya bilmədik, lakin ikinci hissə özümüzə gəldik. Tam heyətlə meydana çıxıb, qalib gəldik. Əziyyət çəkdik və əziyyətimizində bəhrəsini gördük.
 
- Bir qol vurdun, bir də qol ötürməsi verdin..
- Kimin qol vurmağının önəmi yoxdur. Amma mən də sevinirəm ki, qol vurub komandama kömək edə bildim. Əsas məqsəd buraan üç xalla ayrılmaq idi, buna da nail olduq.
 
- Vurduğun qolu kimə həsr edirsən?
- Bu qolu çoxdandır qələbəyə həsrət qalan Lənkəranlı azarkeşlərə həsr edirəm.
 
- Qarşıda "Neftçi" ilə Superkubok oyunu var. Bu barədə nə deyə bilərsən?
- Sabahdan biz bu oyunun hazırlıqlarına başlayacağıq. Biz Naxçıvana getməyimiz yeganə məqsədi kubokla bir yerdə geri qayıtmağımızdır. İnanıram ki, bunu da bacaracağıq.
 
- Superkubok matçında da qol vuracağına söz verirsənmi?
- Bəli, çalışacaq qol vurum azarkeşlərimizi sevndirim. İnanıram ki, azarkeşlərimiz Naxçıvanda da bizi tək qoymayacaqlar.
 
Yusif HÜSEYN

Xəbər xətti