"Bu baş versə, komandaya daha çox xeyir vermiş olaram"

18:25 - 21 Oktyabr 2013

Varea: "Real”da Benzema da eyni problemlə qarşılaşıb"
 
"Rəvan”ın heyətində ötən mövsüm sərgilədiyi oyunla seçilən Xuan Manuel cari çempionatda ilk qolunu vurduqdan sonra açıqlamalar verib.
 
Sportal.az xəbər verir ki, Premyer Liqada "Neftçi" ilə matçda fərqlənərəq 168 günlük qol həsrətinə son qoyan argentinalı hücumçu klubun rəsmi saytına bunları deyib: 
 
"Hər bir hücumçuda belə "qara zolaq” yaşana bilər. "Real”da Benzema da eyni problemlə qarşılaşıb. Təbii, qol vurmamağım üzərimdə əlavə təzyiq yaradırdı. Şadam ki, bu yükün altından çıxdım. Amma təəssüf edirəm ki, komandamız uduzdu. Bununla belə, gələcəyə ümidlə baxıram. Əvvəllər də bir yerdə oynadığım Kristian Torreslə daha yaxşı anlaşaraq qollarımı sıralayacağıma ümid bəsləyirəm. Bu baş versə, komandaya daha çox xeyir vermiş olaram. İstənilən halda, əsas məqsəd komandanın uğurudur. Belədə biz futbolçular da fərqlənəcəyik”.

Xəbər xətti