"Qarabağ" "Xəzər Lənkəran"la oyuna ciddi hazırlaşır

16:11 - 23 Oktyabr 2013

Qurban Qurbanovun komandası növbəti xalını qazanmaq istəyir

 

Premyer Liqanın XI turunda "Xəzər Lənkəran"ın qonağı olacaq "Qarabağ" bu gün tam heyətlə hazırlığa başlayıb.

 

Sportal.az xəbər verir ki, bazar günü "Sumqayıt"la (3:0) keçirilən matçın ertəsi günü bərpa məşqi keçən komanda dünən istirahət eləmişdi. "Qarabağ"ın səhər çalışması saat 11:00-da İdman Akademiyasının meydançasında baş tutub. "Qarabağ"ın 2-ci məşqi yenə də eyni meydançada keçiriləcək. Sabah da Bakıda məşq edəcək Qurban Qurbanovun komandası cümə günü Lənkərana yola düşəcək.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" oyunu bazar günü 19:00-da keçiriləcək. 

Xəbər xətti