"Qəbələ" - "Sumqayıt": 6-cı duelə qarşı

17:49 - 23 Oktyabr 2013

Yuri Syomin ilk məğlubiyyətin əvəzini çıxmağa çalışacaq
 
Bu həftə Azərbaycan Premyer Liqasının XI turun oyunları keçiriləcək. 
 
Sportal.az xəbər verir ki, II dövrədə ilk ev oyununa çıxacaq “Qəbələ” oktyabrın 25-də çempionatın autsayderlərindən biri “Sumqayıt”la görüşəcək. 
 
Yuri Syominin komandası I dövrədə gözlənilmədən uduzduğu rəqibdən həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
 
İlk dəfə 2 oı əvvəl üz-üzə gələn komandalar 2011/12 mövsümündə də, 2012/13 mövsümündə də 2 dəfə qarşılaşıb. Cari çempionatda artıq 1 dəfə qarşılaşana komandalar ümumilikdə 6-cı duelə çıxacaq. İndiyədək yalnız çempionatda baş tutan görüşlərdə “qırmızı-qaralar” böyük üstünlüyə malikdir.
 
Cari mövsümədək bütün oyunlarda qalib gələn “Qəbələ” ilk dəfə 2 ay əvvəl məğlubiyyət acısı yaşayıb. Lakin 4 qələbəsi və cəmi 1 yenilgisi olan komanda həmin görüşdə də qol sevinci yaşayıb. Top fərqində də “Qəbələ” üstünlüyə malikdir – 11:5.
 
“Qırmızı-qaralar”ın bu oyunlardakı qollarını 9 futbolçu vurub. Luiz Hilario və Viktor Mendi daha çox – hərəyə 2 dəfə fərqləniblər. Rəqibin heyətində isə Ruslan Qurbanov 2 qola imza atıb. “Qəbələ”nin 1 qolundan 6-sı 1-ci, 5-i 2-ci hissədə vurulub.
 
Ev oyunlarında qələbələri sıralayan komanda hər 2 matçda qol buraxmaqla qalib gəlib. Bu isə oyunların məhsuldarlığını göstərir. Belə ki, “Qəbələ”nin 2 ev oyununda ümumilikdə 9 dəfə top qapıdan keçib.
 
 
2011/12. Premyer Liqa 
14.08.2011. Sumqayıt Şəhər - Qəbələ - 1:2
Orxan Əliyev, 90+3 - Luiz Hilario, 5; Daniel Lopes Kruz, 41
 
2011/12. Premyer Liqa 
04.12.2011. Qəbələ - Siumqayıt Şəhər - 3:1
Serj Cehua, 37; Luiz Hilario, 70; Viktor Mendi, 86 - Samir Abbasov, 39
 
2012/13. Premyer Liqa 
26.08.2012. Qəbələ - Sumqayıt - 4:1
Bruno da Silva, 33; Umar Kalabane, 53; Rəşad Abdullayev, 55; Umar Kalabane, 71 - Ruslan Qurbanov, 18
 
2012/13. Premyer Liqa 
08.12.2012. Sumqayıt - Qəbələ - 0:1
Viktor Mendi, 39
 
2013/14. Premyer Liqa 
19.08.2013. Sumqayıt - Qəbələ - 2:1
Vüqar Əsgərov, 4, Ruslan Qurbanov, 62-p. - Yannik Kamanan, 14

Xəbər xətti