"XL"in sabiq üzvü AZAL-ın düşərgəsini tərk etdi

22:40 - 24 Oktyabr 2013

Vaqif Sadıqov bir həftə baxıb qərar vermək istəyirmiş

 

Xəbər verdiyimiz kimi,AZAL klubunun düşərgəsində yeni futbolçu baxışda idi.

 

Sportal.az xəbər verir ki, bu, vaxtilə "Xəzər Lənkəran"ın aparıcı oyunçusu olmuş, "Bakı"nın heyətində isə heç də uğurlu günlər keçirməyən Junior Osvaldo idi. Qısaca Juninyo adlandırılan braziliyalı qıvrımsaçın AZAL-da qalıb-qalmayacağı dəqiqləşib. 

Juninyo haqqında qərar verməyə tələsməyən Vaqif Sadıqov, futbolçuya daha bir həftə baxıb, qərar vermək istəyib. Bu vəziyyəti qəbul etməyən Juninyo isə AZAL-ın düşərgəsini tərk edib. Beləliklə, onun AZAL-a keçidi reallaşmayıb.

futbol11.az

Xəbər xətti