Foqts:"AFFA yeni baş məşqçi axtarır"

01:41 - 26 Oktyabr 2013

"Mən işimə davam edəcəm ya yox?"
 
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts millidəki fəaliyyətini davam etdirmək istəmir.
 
Sportal.az xəbər verir ki, bu barədə almaniyalı çalışdırıcının özü məlumat verib. O, “Sky Sports”a açıqlamasında bunları bildirib: "Bu gün mənim orda edəcəyim bir şey yoxdu. Gələcəklə bağlı tamam fərqli planlarım var. Ayda 10 gün Azərbaycanda oluram. Tez-tez elə suallar verilir ki, cavabını heç kim eşitmək istəmir. Bilirəm ki, Azərbaycan Futbol Federasiyası yeni baş məşqçi axtarır. Bu da normaldi. İndi ən çox soruşulan odu ki, mən işimə davam edəcəm ya yox. Xeyr, məşğul olmaq istədiyim daha vacib işlər var".

Xəbər xətti