"Qalatasaray" Droqba ilə müqavilə imzalayacaq

16:42 - 26 Oktyabr 2013

Ünal Aysal bu barədə mətbuata açıqlamasında bildirib
 
Didye Droqba çox güman ki, gələn mövsüm də ”Qalatasaray”ın formasını geyinəcək.
 
Sportal.az xəbər verir ki, bu mövsüm əla formada olan kot d’ivuarlı forvarda “cim-bom” yeni müqavilə təklif etməyə hazırlaşır. Bunu klub prezidenti Ünal Aysal yerli mətbuata açıqlamasında deyib: “Droqba məşqçilər korpusunda yer almaqdan çox oynamağı düşünür. Mən də ona bu performansını davam etdirdiyin müddətdə oynaya bilərsən” dedim. Yeni müqavilə təklif edəcəyik. Yəqin ki, razılaşacaq. Çünki bizdən təklif gözlədiyini dedi”.
 
Aysalın bu açıqlamasına Droqbanın cavabı özünü çox gözlətməyib: “Prezidentin sözlərini eşitdim və çox sevindim. Rəhbərliyin təklifini gözləyirəm. Hazıram”.

Xəbər xətti