"Barselona" Valdesdən canını qurtarır

13:04 - 29 Oktyabr 2013

Andre Ter Stegenlə razılığa gəlib
 
"Barselona" Münhenqladbarx "Borussiya"sının  qapıçısı Andre Ter Stegenlə razılığa gəlib.
 
Sportal.az xəbər verir ki, 21 yaşlı gənc qolkiper yeni mövsümdən etibarən Kataloniya klubunda forma geyəcək.
 
Klubun idman direktoru Andoni Zubizarreta artıq Münhenqladbarx təmsilçisinin nümayəndələri ilə görüşüb. Tərəflər arasında ilkin müqavilə imzalanıb. "Barsa"nın bu transfer üçün 10 milyon avro ödəyəcəyi iddia edilib.

Xəbər xətti