Şenol Günəş:"Azərbaycan millisində çalışaram"

18:23 - 31 Oktyabr 2013

"Azərbaycan millisinin baş məşqçisi postuna namizəd göstərilməyim sevindiricidir"
 
Bildiyiniz kimi, milli komandamızın baş məşqçisi Berti Foqtsun müqaviləsi bu ilin sonunda başa çatır. Artıq AFFA rəhbərliyi bu posta yeni mütəxəssis axtarışındadır. Federasiyanın baş məşqçi namizədlərindən biri də Şenol Günəşdir.
 
Sportal.az xəbər verir ki, Türkiyənin güclü mütəxəssilərindən sayılan Şenol Günəş qısa açıqlamasında Azərbaycan millisində işləməyin əleyhinə olmadığını deyib: “Azərbaycan futbolundakı inkişaf göz önündədir. Milli komandanız da hər şeçmə mərhələdə daha çox xal toplayır. Azərbaycan millisinin baş məşqçisi postuna namizəd göstərilməyim sevindiricidir. Mən sarıdan heç bir problem yoxdur. Şərtlər uyğun olarsa, Azərbaycan millisində çalışaram”.
 
Qeyd edək ki, 61 yaşlı Şenol Günəş məşqçilik karyerası ərzində 4 dəfə Türkiyə çempionatının gümüş mükafatçısı olub, 2 dəfə ölkə kubokunu, 2 dəfə də Superkuboku qazanıb. Bununla yanaşı, o, 2002-ci ildə Türkiyə millisinin dünya çempionatının, bundan bir il sonra isə Konfederasiyalar Kubokunun üçüncüsü edib.
 
forvard.az

Xəbər xətti