"Böyük Oyuna"a nə qədər bilet satılıb?

22:22 - 1 Noyabr 2013

Daha 1000 bilet satılacaq
 
Premyer Liqanın 12-ci turunun “Neftçi” – “Xəzər Lənkəran” matçına bilet satışı davam edir.
 
Sportal.az xəbər verir ki, artıq “Böyük oyun”a 3000 bilet satılıb.
 
Paytaxt klubundan verilən məlumata görə, oyun saatına qədər ən azı daha 1000 biletin satılması istisna edilmir.
 
Bu oyunda gücləndirilmiş təhlükəsizlik tədbirləri nəzərdə tutulub. Bu üzdən də azarkeşlərin biletsiz arenaya gəlməsi məsləhət görülmür.

Xəbər xətti