"Sumqayıt"da üzlər gülür

16:15 - 6 Noyabr 2013

Komanda "Rəvan"la oyuna hazırlaşır
 
 Premyer Liqanın 13-cü turunda səfərdə "Rəvan"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir.
 
Sportal.az xəbər verir ki, "Sumqayıt" məşqlərini oyunun başlama saatında yeni stadionda keçirir.
 
"Sumqayıt" FK-nun dünənki məşqində yalnız Bəxtiyar Həsənəlizadə fərdi çalışmalarla kifayətlənib. Digər üzvlər tam heyətlə məşqlərini davam etdirir. Bu günki məşq də saat 17:00-da keçiriləcək.
 
Qeyd edək ki, "Rəvan" - "Sumqayıt" oyununun da başlama saatı müəyyənləşib. Noyabrın 8-də Bayıl Arenada baş tutacaq görüş saat 17:00-da start götürəcək.

Xəbər xətti