"Şəfa"da daha bir qazanxana tikiləcək, idmançılar buz qırıntıları ilə yuyunmasınlar"

21:40 - 7 Noyabr 2013

"İnter"in prezidenti yeni yazısını yayımlayıb
 
"İnter"in prezidenti Georgi Nikolov klubun rəsmi saytında yeni "bloq"unu yayımlayıb.
 
Sportal.az sizi həmin yazı ilə tanış edir:
 
"Yerli saytlardan birinin Haynts Barmettlerin müsahibəsini tərcümə etməsi xəbəri təzə deyil. O müsahibəni oxuyaraq istəmədən lərzə gəlirsən. Necə olub ki, o ksenofobik Azərabaycanda sağ qalıb? Hətta isti su olmadan belə. Üzücü hal isə həmin saytın redaktorunun karib əsilli isveçrəlilin dediyi cəfəngiyyatı "İnter"də isti su yoxdu" deyə qələmə verməsidi.
Sensassiya axtarışçıları sevinə bilər. Amma həqiqət tam başqa cürdü. Barmettler özü yeni tikili binada ev kirayələnməsini istəmişdi. Orada tez-tez təmir işləri aparılırdı. Suyun və işığın verilməsi dayandırılırdı. Yeni evdə yaşamaq üçün kiçik narahatlıqlara səbr etmək lazım idi. "Şəfa"da isə hər şey var idi. Hətta çay içmək üçün isti su belə.
O ki qaldı soyuq münasibət məsələsinə, özünüz bilirsiz ki azərbaycanlılar qonağa qarşı necədilər. Şəxsən mənim narazılığım yoxdu. Onu da qeyd edim ki, müsahibənin orijinal versiyasını mən alman dilində oxumuşam və tərcüməsinə yüngül formada desək, şübhəm var. Haqlı olmağıma əminəm. Çünki 4 avropa dilini mükəmməl bilirəm. Hərdən hətta azərbaycan dilini də öyrənməyə cəhd ediərm. Düzdü, bu, məndə o qədər də yaxşı alınmır. Ona görə də Azərbaycan mətbuatının yazdıqlarını tərcümə etməyə cəhd göstərmirəm.
Bu yaxınlarda "Şəfa"da daha bir qazanxana tikiləcək. İdmançılar buz qırıntıları ilə yuyunmasınlar deyə".

Xəbər xətti