Leroy AZAL azarkeşlərinə səsləndi:"Rənglər fərqli olsa da, hər kəs insandır"

10:00 - 10 Noyabr 2013

"Rəqib bir dəfə əks-hücuma çıxdı, o da qol oldu"
 
"Bizim üçün ağır oyun oldu. Biz oyuna yalnız qələbə üçün çıxmışdıq, ancaq qələbə qazana bilmədik. Oyun boyu topla oynayan biz olduq, rəqib bir dəfə əks-hücuma çıxdı, onda da qol vurdular. Ancaq rəqibimiz də zəif deyildi"
 
Bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Corc Leroy AZAL-la matçdan sonra Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin AZAL azarkeşlərinin ona qarşı irqçilik etmələri və meymun səsi çıxarmalarına da münasibət bildirib:
 
"Bu hərəkəti bəyənmədim. Rənglərimiz fərqli olsaq da, hamımız insanıq. Ümid edirəm, bu hərəkətə azarkeşlər bir də yol verməz".

Xəbər xətti