Premyer Liqada 13-cü tur da belə yadda qaldı

00:30 - 11 Noyabr 2013

Sadəcə bir cütlükdə qalib müəyyənləşdi
 
Premyer Liqanın XIII turunda cari mövsümün rekordu qeydə alınıb.
 
Sportal.az  xəbər verir ki, turun 5 oyunundan 4-də qalib müəyyənləşməyib.
 
"Xəzər Lənkəran" - "Qəbələ" (0:0), AZAL - "Qarabağ" (1:1), "İnter" - "Simurq" (0:0) və "Rəvan" - "Sumqayıt" (1:1) oyunları heç-heçə başa çatıb. Yalnız "Neftçi" - "Bakı" oyununda qalib müəyyənləşib - 2:1.
 
Cari mövsümdə ən çox 8-9-cu turlarda heç-heçə qeydə alınmışdı - 3. 1-2-4-6-10-12-Cİ turların 1, 9-11-ci turlarda 2 matçda qalib müəyyənləşməyib. 3-5-ci turların bütün oyunlarında qalib olub. Ümumilikdə 13 turun 65 oyunundan 20 oyunu heç-heçə başa çatıb.

Xəbər xətti