"Real" və "Barselona"nın rəqibləri məlum oldu

07:00 - 12 Noyabr 2013

"Atletiko"nun rəqibi "Sant Andreu"dur
 
Bu mövsüm üçün İspaniya kubokunun püşkü atılıb
 
Sportal.az xəbər verir ki, püşkə əsasən finala qədər olan təqvim müəyyənləşib.
 
İspaniya nəhənglərindən "Barselona" və "Real" (Madrid) klublarının qarşılaşması yalnız finalda mümkün olacaq.
 
1/8 finalda "Barselona" səfərdə “Kartaqena”, "Real" (Madrid) klubu isə “Olimpik Xativa” ilə qarşılaşacaq. "Land of Fire Azerbaijan" formalı "Atletiko" (Madrid) klubu isə səfərdə “Sant Andreu”nun qonağı olacaq.
Əlavə edək ki, 1/8 final mərhələsinin oyunları 8-15 yanvar tarixində keçiriləcək.
 
1/8 final (8-15 yanvar)
 
1. “Valyadolid” / “Rayo Valyekano” - “Rekreativo” / “Levante”
2. “Alkorkon” / “Granada” - “Real Jin” / “Espanyol”
3. “Las Palmas” / “Almeriya” - “Rasinq” / “Sevilla”
4. “Olimpik Xativa” / “Real” (Madrid) - “Malaqa” / “Osasuna”
5. “Kartaqena” / “Barselona” - “Jirona” / “Getafe”
6. “Nastiç” / “Valensiya” - “Sant Andreu” / “Atletiko” (Madrid)
7. ”Lleyda” / “Betis” - “Selta” / “Atletik” (Bilbao)
8. “Algesiras” / “Real Sosyedad” - “Vilyareal” / “Elche”

Xəbər xətti