"Biz əlimizdən gələni etdik, amma bəxtimiz gətirmədi" MÜSAHİBƏ

22:50 - 13 Noyabr 2013

Elşən Abdullayev:"Neftçi" necə istəsə, elə də olacaq"
 
"Sumqayıt" və 21 yaşlılardan ibarət milli komandamızın üzvü  Elşən Abdullayevin Sportal.az-a müsahibəsi
 
- "Rəvan"la oyunda da qələbə qazana bilmədiniz..
- "Rəvan"la oyunda qələbədən başqa heç nə fikirləşmirdik. Biz əlimizdən gələni etdik, amma bəxtimiz gətirmədi. Ancaq yenə də həvəsdən düşmürük, belə templə davam etsək, daha yaxşı nəticələr əldə edəcəyik. 
 
- Komandan son oyunun əvvəllərində yaxşı oyun göstərmədi. Bunun səbəbi nə idi?
- İlk 15 dəqiqə yaxşı oynamamağımızın səbəbi bütün oyunlardakı kimi rəqibin bu oyundakı oyun üslubunu öyrənməyə çalışdıq. Bir az komandada çaşqınlıq yarandı, daha sonra toparlandıq və epizodlar da yaratdıq amma bəxtimiz gətirmədi.
 
- Növbəti oyunda "Simurq"la qarşılaşacaqsınız....
- İrəli uzun müddət var bu oyuna daha da yaxşı hazırlaşacağıq. Bu oyunda 3 xal üçün vuruşacağıq. Ən azından bir xal qazanacağıq bu oyunda.
 
- İlk dövrə bitdikdən sonra "Neftçi" qayıdacaqsanmı?
- Mən hal-hazırda "Sumqayıt"ın futbolçusuyam.
 
- Özün "Sumqayıt"da oynamaq istəyirsən?
- Əlbəttə, niyə istəməyim ki? Burada əsas heyətdə çıxış edirəm. Amma hər şey "Neftçi"dən asılıdır, onlar necə istəsələr elə də olacaq.
 
- 2 gün sonra Makedoniya ilə qarşılaşacaqsınız.
- Bildiyimiz kimi, qrupda ikinci pillədəyik. Bu oyunda qələbə qazanıb, öz yerimizi qorumaq istəyirik. İnşallah da qalib gələcəyik.
 
Yusif HÜSEYN

Xəbər xətti