Foqts: "Bu amillər futbolçular üçün zəif oyunun bəhanəsi olmamalıdır" FOTO

10:44 - 15 Noyabr 2013

"Yaxşı oyun göstərməyə çalışacağıq"
 
Tallinn şəhərində Estoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun mətbuat konfransı keçirilib.
 
Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı maraqlı oyun gözlədiyini bildirib: 
 
"Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Estoniya yığmasının oyununa baxmışam. Çox yaxşı təsir bağışladılar. Türkiyə millisi ilə oyunlarını da izləmişəm. Sonadək mübarizə aparıblar.
 
Rəşad Sadıqov, Rəşad Sadiqov və Əfran İsmayılovun yoxluğu, Kamran Ağayevin olmaması özünü göstərə bilər. Yaxşı oyun göstərməyə çalışacağıq. Yaxşı komandamız var. Dəvət etdiyim futbolçulara inanıram. Ağıllı oynamalıyıq. Fikrimcə, bizi maraqlı oyun gözləyir.
Havanın soyuqluğu, uyğunlaşmaq məsələsi, ümumiyyətlə, müzakirə mövzusu deyil. Bu amillər futbolçular üçün zəif oyunun bəhanəsi olmamalıdır".
 

Xəbər xətti