"Xəzər Lənkəran"ın ispanı:"Bizim azarkeşlərə ehtiyacımız var" MÜSAHİBƏ

12:50 - 21 Noyabr 2013

"Çətin olsa da, mümkünsüz deyil"
 
"Xəzər Lənkəran"ın ispaniyalı futbolçusu Alvaro Silvanın Sportal.az-a müsahibəsi
 
- “Qəbələ” ilə matçda niyə qalib gələ bilmədiniz?
- Bu oyunda meydança da istənilən səviyyədə deyildi. Ancaq buna baxmayaraq, bir neçə yüzfaizlik qolepizodlarımız oldu,ancaq yararlana bilmədik. Ən asası, bu oyunda səhv etmədik və qol buraxmadıq.
 
- “Bakı” ilə oyuna hazırlıqlar necə gedir?
- Məşqlərimiz proqlamlaşdırılmış şəkildə gedir,düzdür, güclü yağış bəzən mane olur. Biz hal-hazırki vəziyyəti dəyişdirmək üçün güclü çalışırıq. Biz ümid edirik sabah biz qalib gələcəyik.
 
- Mövsümdə ilk qələbənizi “Bakı”dan qazanmışdınız. Bu dəfə fərqli olaraq, səfərdə oynayacaqsınız…
- Bu oyun səfərdə olmasına baxmayaraq, biz meydana yüz faiz qələbə üçün çıxacağıq. Ancaq bizi çox çətin oyun olacaq.
 
- “Xəzər Lənkəran” hal-hazırda 8-ci pillədədir. Komandanız bu “qara zolaq”dan nə vaxt çıxacaq?
- Elə biz sabahkı oyunda qələbə qazanıb yüksəlişə keçmək istəyirik. Bizə ancaq bir qələbə lazımdır,daha sonra isə ardı olacaq.
 
- “Xəzər Lənkəran”ın çempionluq şansları bitib. Bu fikirlə razısan?
- Yox, deməzdim. Düzdür, çətin olacaq, amma imkansız deyil. Sadəcə biz əlavə xal itkilərinə yol verməməliyik.
 
- Son oyunlarda qazandığınız uğursuz nəticələr azarkeşləri kifayət qədər üzüb. Stadionunuza əvvəlki kimi azarkeş gəlmir. Azarkeşlərə nə demək istəyirsən?
- Mən bu nəticələrə görə, onlardan üzr istəyirəm. Biz yaxşı nəticələr əldə etməsək də, yaxşı oyun göstəririk.  Bizim azarkeşlərə ehtiyacımız var. İnanıram ki, biz onlara çox sevincli anlar yaşadacağıq.
 
Yusif HÜSEYN

Xəbər xətti