Mustafa Denizli:"Xəzər Lənkəran" azarkeşi ilə də görüşəcəyəm"MÜSAHİBƏ

00:22 - 25 Noyabr 2013

"Mübariz Mənsimovla görüşmüşəm"
 
Sportal.az adı "Xəzər Lənkəran"la hallanan təcrübəli baş məşqçi Mustafa Denizlinin müsahibəsini təqdim edir
 
- Mustafa bəy, sizi Azərbaycandan narahat edirik. Bir iki məsələni dəqiqləşdirməliyik...
- Buyurun, sizi dinləyirəm.
 
- İşləriniz necədir?
- Qaydasında, normaldır.
 
- Bir neçə gündür ki, Azərbaycan idman mətbuatının gündəmini zəbt edirsiniz. Məlumata görə, Mübariz Mənsimovun sahibi olduğu “Xəzər Lənkəran”a baş məşqçi gəlirsiniz. Bu barədə fikirləriniz necədir?
- Bəli, bu, doğru informasiyadır. Danışıqlar gedir, hələ ki, tam ortaq məxrəcə gəlməmişik.
 
- Azərbaycanda sizi kifayət qədər tanıyırlar, sevirlər. Maraqlıdır,, siz “Xəzər Lənkəran”ın təklifini qəbul edəcəkmisiniz?
- Xoş sözlərə görə sağ olun. Hazırda durum belədir. Biz görüşürük, danışırıq. Müəyyən planlar var. Hər şeyi danışdıqdan sonra bir qərar verəcəyik.
 
- Mübariz Mənsimovla görüşünüz olubmu?
- Bəli, olub, görüşmüşəm.
 
- Bu görüş nə zaman baş tutub?
- 4-5 gün öncə. (Con Toşak cümə günü istefa verib - red). 
 
- “Xəzər Lənkəran”ın durumundan xəbərdarsınızmı?
- Bəli, hər şeyi bilirəm. Mənim ölkə xaricində işləmək təcrübəm var. Əgər “Xəzər Lənkəran”la anlaşa bilsək, Azərbaycan futbolunun inkişafı üçün də əlimdən gələni edəcəyəm.
 
- Hazırda nə kimi problemlər var?
- Siz məni 2 gün sonra axtarsanız, bu barədə daha geniş danışa bilərəm.
 
- Lənkərandakı duruma baxmağı düşünürsünüz?
- Əlbəttə. Gəlib vəziyyətlə yerində tanış olmaq istəyirəm.
 
- Nə vaxt gəlməyi düşünürsünüz?
- 2-3 gün sonra Azərbaycanda olacağam.
 
- Azərbaycanda vaxtilə çalışan türkiyəlilərlə söhbətiniz olubmu “Xəzər Lənkəran” barədə?
- Daha öncə olub. Azərbaycanda işləmiş türkiyəli çalışdırıcıları tanıyıram. Lazım gələrsə, onlardan məlumat ala bilərəm.
 
- “Xəzər Lənkəran” həm də azarkeşi ilə seçilən bir komandadır. Onlara nəsə sözünüz varmı?
- Mən həmişə azarkeşi olan komandalarda çalışmışam. Qismət olarsa, "Xəzər Lənkəran" azarkeşi ilə də görüşəcəyəm. Qismət... 
 
futbol11.az

Xəbər xətti