"Toşak da ünlü məşçi idi, amma..."

13:01 - 26 Noyabr 2013

Yunis Hüseynov: “Mustafa Dənizli gəlsin, görək nə olacaq?”
 
“Xəzər Lənkəran”a yeni baş məşqçi təyin olunan Mustafa Dənizlinin ölkəmizdə uğurlu olub-olmayacağıq maraqlı məqamdır. Bir vaxtlar cənub klubunun sükanı arxasında olmuş Yunis Hüseynov da Sportal.az-a açıqlamasında bu barədə danışıb. O, bunları deyib:
 
“Mustafa Dənizli haqqında nəsə demək çətindir. O, Türkiyədə kifayət qədər tanınmış məşqçidir. Toşak da ünlü məşqçi idi. Amma uğur qazana bilmədi. Dənizli Türkiyənin 3 böyük klubunda çalışıb. Amma komandanı bu vəziyyətdən çıxaracaq və ya yox, bunu görəcəyik. “Xəzər Lənkəran” həmişə iddialı olub. Çoxları komandanın hər şeyi itirdiyini düşünür, amma mən bu fikirlə razı deyiləm. “Xəzər Lənkəran”ın ilk “üçlük” üçün şansları var. Hələ qarşıda 20 tur var. Mən də Dənizlinin iş üslubuna bələd deyiləm. Gəlsin görək nə olacaq”.

Xəbər xətti