Ürəyi zəif olanlar baxmasın: "Ayaks" - "Barselona" matçında azarkeş tribunadan belə yıxıldı VİDEO

14:52 - 27 Noyabr 2013

Beyni silkələnən azarkeşin vəziyyətinin ağır olduğu bildirilir
 
Çempionlar Liqasının qrup mərhələsində ötən gecə keçirilən "Ayaks"  -"Barselona" matçında (2:1) bədbəxt hadisə baş verib.
 
Sportal.az xəbər verir ki, Hollandiya klubu ilk hissənin sonlarında 2-ci qolu vurarkən azarkeş necə sevinibsə, tribunadan yıxılıb. Dərhal ilk yardım göstərilən azarkeşi helikopterlə xəstəxanaya aparıblar. 
 
Başıüstə yıxıldığı üçün beyni silkələnən azarkeşin vəziyyətinin ağır olduğu bildirilir. Hətta "twitter"də həmin azarkeşin öldüyü də yazılıb. Polis isə bu iddiaları təkzib edib.
 

Xəbər xətti