"Bursaspor" qələbə həsrətinə son qoydu

01:40 - 30 Noyabr 2013

"Sivasspor" azarkeşləri önündə darmadağın oldu
 
Türkiyə Superliqasında XIII turun oyunlarına start verilib.
 
Sportal.az xəbər verir ki, ilk görüş günündə iki qarşılaşma keçirilib.
 
"Bursaspor" səfərdə "Elazığspor"un qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.
 
"Sivasspor" öz meydanında "Antalyaspor"a boyun əyib - 0:3.
 
Tura dekabrın 2-də keçiriləcək bir oyuna yekun vurulacaq.
 
Türkiyə Superliqası XIII tur
 
29 noyabr
 
"Elazığspor" - "Bursaspor" 1:2
Qollar: Yılmaz, 62 - Tayvo, 1, Fernando, 70
 
"Sivasspor" - "Antalyaspor"  0:3
Qollar: Diarra, 58, Bassan, 62, Promis, 89

Xəbər xətti