"Neftçi" 13 tur gözləməli oldu

12:10 - 2 Dekabr 2013

"Flaqman" liderliyi ələ keçirtdi
 
Ötən həftə keçirilən 15-ci turun oyunlarından sonra Azərbaycan Premyer Liqasının lideri dəyişib.
 
Sportal.az xəbər verir ki, ardıcıl 6 tur zirvədə qalan “Qarabağ” bu mövqeni qarşıdakı – 16-cı turda üz-üzə gələcəyi “Neftçi”yə təhvil verib. 15-ci turdan sonra çempionatın vahid lideri olan bakılılar isə mövsümdə 2-ci dəfə ilk pilləyə yüksəlib.
 
Son 3 mövsümdə çempion olan “ağ-qaralar” yalnız ilk turdan sonra – top fərqinə görə digərlərini qabaqlayaraq liderliyə yüksəlmişdi. Bundan sonrakı 13 turda “Neftçi” bir neçə dəfə liderə şərik olsa da, əlavə göstəricilər onların 1-ci olmasına imkan verməmişdi.  Bu 13 turdan 10-da “Qarabağ”, 2-də “Qəbələ”, 1-də isə AZAL  1-ci pillədə qərarlaşmışdı.
 

Xəbər xətti