"Rəvan" "Qaradağ Lökbatan" üçün başladı

17:42 - 2 Dekabr 2013

Vitse-kapitandan şad xəbər
 
Azərbaycan kubokunda 1/8 final mərhələsində I divizion təmsilçisi "Qaradağ Lökbatan” ilə qarşılaşacaq "Rəvan" bu oyunun hazırlıqlarını "Bayıl Arena”da davam etdirir.
 
 
Sportal.az xəbər verir ki, məşqçi Şahin Diniyev futbolçularına taktiki-texniki hazırlıq keçib. Məşqlərdə Elvin Həsənəliyev və Tofiq Mikayılovdan başqa, hamı iştirak edib.
 
"Qəbələ” ilə  Premyer Liqanın son oyununda zədələnərək əvəzlənən Novruz Məmmədovun durumu da qənaətbəxşdir. Onun oyun saatına qədər tam sıraya dönməsi gözlənilir.

Xəbər xətti