"Hər ikimiz eyni vaxtda meydanda olmağı çox istəyirik"

11:14 - 10 Dekabr 2013

Robin van Persi: "Bizim kimisi yoxdur"
 
"Mançester Yunayted" klubunun hücumçusu Robin van Persi komanda yoldaşı Ueyn Runi haqda xoş sözlər deyib. 
 
Sportal.az xəbər verir ki, "MUTV"yə danışan hollandiyalı futbolçu Runi ilə meydanda yaxşı anlaşdığını bildirib: 
 
"Hər ikimiz eyni vaxtda meydanda olmağı çox istəyirik. Onunla hücum xəttində daha çox ötürmə verib, qollar vura bilirik. Üzümüz qapıya əks istiqamətdə də oynamağı bacarırıq. Hazırda Avropada hücumçu çoxdur. Ancaq bizim kimisi yoxdur. Çünki meydanda çox yaxşı anlaşırıq".

Xəbər xətti