Mahmud Qurbanov: "Foqts buna görə mənimlə işləməyə razılıq verib"

12:56 - 18 Dekabr 2013

"Ondan çox şey öyrənəcəm"

 

"Əslində bu dəvəti  gözləmirdim. Bunu da həmkarlarımdan xəbər tutdum. Berti Foqtsla 2 ilik müqavilənin bağlanılması məqsədə uyğun idi. Əgər, kənardan yeni məşqçi gətirmkdənsə, 6 ildi milli ilə çalışan Foqtsa yenidən inanmaqları daha sərfəli idi."

 

Bu sözləri Sportal.az-a açıqlamasında milli komandada Berti Foqtsun yenin köməkçisi təyin olunmuş Mahmud Qurbanov deyib. Gənc çalışdırıcı alman mütəxəssisdən istədiyi şeyləri götürəcəyini vurğuladı:

 

"Berti Foqts neçə illərdi ki, müxtəlif ölkələrdə baş məşqçi işləyib. Ən azından ondan təcrübə kimi nəsə götürmək olar. O ki, qaldı mənim millidə köməkçi təyinatımı kimin verməsində, ola bilsin ki, AFFA rəhbərliyi də bununla bağlı Foqtsla məsləhətləşib. Hər halda mənim də gənc olmağımı nəzərə alaraq mənimlə işləməyə razılıq verib. Hələ onunla görüşməmişəm. İlk tapşırığını isə yəqin ki, Aslan Kərimovla birlikdə çempionatın izləyib miliyə çağrılan futbolçular haqqında ona məlumat vermək olar."

Xəbər xətti