"Foqtsun qarşısına yeni şərtlər qoyduq"

14:32 - 18 Dekabr 2013

Rövnəq Abdullayev: "Millimizin hər oyunda sonadək mübarizə aparmasını istəyirik"
 
"İcraiyyə Komitəsinin iclası normal keçdi. Komitənin bütün üzvləri öz fikirlərini bildirdilər. Foqts yığmanın çıxışından narazıdır. Bununla belə, biz onunla iki illik müqavilə bağlamağa qərar verdik".
 
Sportal.az xəbər verir ki, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bu gün keçirilmiş iclasında müzakirə olunan məsələlərə münasibət bildirərkən deyib. Abdullayev Foqtsun qarşısına yeni şərtlər qoyduqlarını bildirib: 
 
"Foqtsun qarşısına yeni şərtlər qoyduq. O, Azərbaycanda daha çox qalmalı,  Premyer Liqanın görüşlərini daha çox izləməli, klubların məşqçiləri ilə ünsiyyətdə olmalıdı. Biz onun köməkçilərinin də sayını artırmağa qərar verdik. Onunla gənc məşqçilərimizin çalışmasını istəyirik. Aslan Kərimov və Mahmud Qurbanov artıq yığmadadırlar. Ancaq gələcəkdə bu say arta da bilər".
 
"Millimizin hər oyunda sonadək mübarizə aparmasını istəyirik. "Avro-2016"nın seçmə mərhələsində yığmamızdan uğur gözləyirik. Hazırda "AÇ-2020"nin oyunlarının Bakıda keçirilməsinə çalışırıq. Çox istərdik ki, final mərhələsindəki ilk oyunumuz Azərbaycanda baş tutsun".

Xəbər xətti