Vaqif Cavadov stadionlarda qadın azarkeşlərinin sayının artacağına ümid etdi

23:46 - 19 Dekabr 2013

"İnter" Yeni İl təqvimini təqdim etdi
 
Bu gün "Şəfa" İdman və Sağlamlıq Mərkəzinin ərazisində yerləşən "İnter" kafesində ""İnter" PİK-in 2014-cü il üçün hazırladığı təqvimin təqdimat mərasimi keçirildi.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə iştirak edən klubun prezidenti Georgi Nikolov təqvimin hazırlanmasında əməyi keçən şəxslərə minnətdarlığını bildirdi və tədbir iştirakçılarını qarşıdan gələn Yeni İl bayramı münasibətilə təbrik etdi. 
 
"İnter" komandasının kapitanı Vaqif Cavadov fotosessiyada iştirak edən xanımlara təşəkkürünü bildirdi və azarkeşlər arasında zərif cinsin nümayəndələrinə də daha çox rast gələcəklərinə ümid etdiyini vurğuladı.
 
Tədbirə "İnter"in üzvləri Georgi Lomaya, Brüs Abdulaye və Ruslan Əmircanov da qatılmışdılar. 
 
Sonra tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Xəbər xətti