"İmarət" "Qarabağ"ın üzvlərini mükafatlandırdı

21:30 - 22 Dekabr 2013

Rəşad Sadıqov "ən sadiq futbolçu" seçildi
 
Bu gün hər il olduğu kimi "İmarət" azad azarkeş qrupu ilin hesabat tədbirini keçirib.
 
Sportal.az xəbər verir ki, "Qafqaz Point Hotel"də baş tutan tədbirə "Qarabağ" komandasının rəhbərliyi ilə yanaşı, baş məşqçi Qurban Qurbanov və bir neçə futbolçusu təşrif buyurmuşdu.
 
Tədbirin başlanğıcında azarkeş qrupunun üzvü Qabil Hüseynov "İmarət"in 2013-cü ildə gördüyü işlər haqqında hesabat verib. Bundan sonra isə mükafatlandırma mərasimi baş tutub. Azarkeşlər ötən il ən yaxşıları seçmələrinə baxymayaraq, bu il ən yadda qalanları fərqləndiriblər. Buna səbəb isə ən yaxşıları seçməkdə çətinlik çəkmələri olub. Belə ki, komandanın kapitanı Rəşad Sadıqov "Qarabağ" adına sadiq qaldığı üçün, "Ən sadiq futbolçu" nominasiyasına layiq görülüb. Klubun meneceri Asif Əsgərov azarkeşlərlə işini təşkilini görə "Azarkeşin dostu" adı ilə təltif olunub. Bu il "İmarət" fan klubu ölkədə ilk dəfə olaraq azarkeşlik etdiyi komandaya mahnı bəstələmişdi. Bu mahnının bəstələnməsində heç bir təmməna güdmədən ürəklə və keyfiyyətli iş gördüyü üçün bəstəkar Xanım İsmayılqızı "Azarkeşin sevimli bəstəkarı" adına layiq görülüdü.
 
"İmarət" hər il ən yaxşı sayt və ya ən çox oxunan qəzəti seçirdi. Bu il isə "Qarabağ"a aid ən yaxşı yazını seçibliər. Ən yaxşı yazı isə Vüsalə Məmmədovanın yazısı seçildi.
 
"İmarət" hər il "Qarabağ" ailəsinə, komandanın tarixinə də nəzər salır. 98-99-cü illərdə komandanın prezidenti olmuş Yunis İldırımzadə ən çətin vaxtlarda kluba sahib çıxmışdı. O, heç bir təmənna güdmədən komandaya sponsorluq edib "Qarabağ" adını yaşatdığına görə "Azarkeşin sevimli prezidenti" adına layiq görülüb.

Xəbər xətti