"Real"da şok itki

14:00 - 26 Dekabr 2013

Alonso iki aylıq sıradan çıxdı
 
La Liqada "Valensiya" ilə matçda rəqib oyunçu ilə toqquşan Xabi Alonso qulaq pərdəsindən zədələnmişdi. 
 
Sportal.az xəbər verir ki, həmin vaxt təyyarəyə minməyə icazə verilməyən təcrübəli yarımmüdafiəçi Valensiyada qalmışdı. Artıq futbolçunun son durumu bəlli olub.
 
Klubun rəsmi saytının verdiyi xəbərə görə, tibbi müayinədən sonra məlum olub ki, Alonso iki ay yaşıl meydanlardan kənarda qalacaq.

Xəbər xətti