"Sumqayıt" özünə 3 rəqib tapdı

10:35 - 3 Yanvar 2014

Komanda liderlə qarşılaşacaq
 
"Sumqayıt"ın qış təlim-məşq toplanışı zamanı qarşılaşacağı rəqiblərdən üçünün adı müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, Aqil Məmmədov yetirmələrini "Rəvan", "Araz Naxçıvan" və AZAL-la görüşlərdə sınamağı planlaşdırır.
 
"Kimyaçılar" yanvarın 12-də "Rəvan"la qarşılaşacaq. Ayın 15-də 1-ci divizionun lideri "Araz Naxçıvan"la görüş nəzərdə tutulub. "Təyyarəçilər"lə qarşılaşma isə yanvarın 18-də keçiriləcək.
 
"Sumqayıt"ın yanvarın 20-də daha bir görüş baş tutacaq. Böyük ehtimalla həmin görüş 1-ci divizion klubuna qarşı olacaq.

Xəbər xətti