"İntizamlı oynamaq bizim oyun üslubumuzda ən vacib xüsusiyyətdir"

16:25 - 8 Yanvar 2014

Atsuşi Uçiyama: "Nə qədər təəccüblü olsa da, tribunalarda azarkeşlərimiz vardı" 
 
“Oyuna konsentrasiyamız yüksək olsa da, komandamızın bir sıra problemləri üzə çıxdı. Birinci hissədə daha yaxşı oynadıq. Fasilədən sonra ötürmələrimizin dəqiqiliyi ilə yanaşı, düşündüklərimizin icrasının və meydanda hərəkətimizin sürəti aşağı düşdü."
 
Sportal.az xəbər verir ki, bu sözləri Yaponiya millisinin baş məşqçisi Atsuşi Uçiyama deyib. Utiyama azarkeşlərinə təşəkkür etməyi də unutmadı:
 
"İntizamlı oynamaq bizim oyun üslubumuzda ən vacib xüsusiyyətdir. Komandada nizam-intizamın yüksək səviyyədə olmasına xüsusi diqqət yetiririk.
Nə qədər təəccüblü olsa da, tribunalarda azarkeşlərimiz vardı. Bu, bizim üçün xoş sürpriz oldu. Dəstəklərinə görə azarkeşlərə təşəkkür edirəm”.

Xəbər xətti