Berti Foqts da Antalyaya yola düşdü

12:33 - 11 Yanvar 2014

Millimizin çalışdırıcısı klubların hazırlıq prosesini izləyəcək
 
Azərbaycanın milli komandasının baş məşqçisi Berti Foqts və onun köməkçisi, həmçinin fitness məşqçisi Volfqanq Rollf yanvarın 10-dan-19-dək Türkiyənin Antalya şəhərində toplanışda olan Premyer Liqa klublarının məşqlərini və yoxlama oyunlarını izləyəcəklər.
 
Sportal.az xəbər verir ki, Berti Foqts və Volfqanq Rollf yanvarın 11-də "Qarabağ" klubunun məşqinə və "İnter" klubunun “NWC Asten” (Hollandiya) komandası ilə yoxlama oyununa baxacaqlar.

Xəbər xətti