"Baş məşqçi dedi ki, sən heyətin oyunçususan, hər zaman hazır ol"MÜSAHİBƏ

12:50 - 11 Yanvar 2014

Asif Məmmədov:"Çempionluğa oynayan komandalardan təkliflər gəlmişdi"
 
"İnter"in hücumçusu Asif Məmmədovun Sportal.az-a müsahibəsi:
 
- Hazırlığınız necə gedir?
- Hər şey normaldır, gündə iki dəfə məşq edirik, səhərlər fiziki, axşam isə topla. Heç bir problem yoxdur.
 
- Toplanışdan sonra necə “İnter” görə biləcəyik?
- Biz də çalışırıq ki, “İnter”i özünə bənzədək, çempionat başlayana kimi bütün hazlrlıqarımızı tamamlayıb tam güclü komanda olacağıq. Əsasən, çatışmazlıqlarımızn üzərində işləməliyik.
 
- Liderlə aranızda 9 xal fərq var. Bu, bir qədər çox deyilmi?
- Yox, heç də belə fikirləşmirik.  Düşünsək ki, birinci yerdə gedən komanda ilə iki oyunumuz və qarşıda 18 tur var. Bizi bir-birindən maraqlı oyunlar gözləyir.
 
- Komandanın bu mövsüm əsas hədfi nədir?
- Əsas məqsədimiz çempion olmaqdır, ən azından isə avrokuboklara vəsiqə qazanmaqdır.
 
- Keçən il imza atdığın qollarla hər kin sevimlisi idin. Geridə qalan 18 turda sakitsən..
- Hər şey qaydasındadır, məşqçi belə məsləhət görürsə, deməli, belə lazımdır.
 
- Baş məşqçi ilə söhbətin olub?
- Olub, o, mənə həmişə deyir ki, sən heyətin oyunçususan, hər zaman hazır ol.
 
- Özün daimi oynayacağın bir kluba keçmək istəmirsən?
- Başqa ölkədən yox, ancaq Azərbaycandan çempionluğa oynayan komandalardan təkliflər gəlmişdi. Burda özümü rahat hiss etdiyim üçün qalıram, inanıram ki, əsas heyətdə oynayacam.
 
Yusif HÜSEYN

Xəbər xətti