Berti Foqts Qurban Qurbanovla 50 dəqiqə söhbət etdi FOTO

16:52 - 11 Yanvar 2014

Millinin çalışdırıcı "Qarabağ"ın düşərgəsində
 
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün  Premyer Liqanın ikinci yarısının hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" klubunun düşərgəsinə baş çəkib. 
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda məşqə yollanmamışdan öncə otelə gələn alman çalışdırıcıyla "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov arasında təxminən 50 dəqiqəlik söhbət baş tutub. 
 
Azərbaycan futbolu haqqında səmərəli müzakirələr aparan tərəflər sonra birlikdə məşq meydanaçasına yollanıblar. "Qarabağ"ın məşqini sona qədər izləyən millinin çalışdırıcısı klubun yığmadakı futbolçularıyla da görüşüb. 
 

Xəbər xətti