"İnter" holland klubunu 8 topla cəzalandırdı

02:10 - 12 Yanvar 2014

Sxadadze poker etdi
 
Hazırda  Türkiyədə  təlim-məşq toplanışında olan "İnter"  ilk yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki,  paytaxt təmsilçisi Hollandiyanın "NWC Astern" klubu ilə qarşılaşıb.
 
Görüş "İnter"in 8:0 hesablı qələbəsi ilə başa çatıb.Komandanın heyətində Baçana Sxadadze(4), Mateya Şpiçiç, Migel Alvaro, İlqar Ələkbərov və Nurxan Mənsimzadə fərqləniblər.
 
Xatırladaq ki, "İnter" növbəti yoxlama matçını yanvarın 15-də  Almaniyanın “Holşteyn Kil” klubuna qarşı keçirəcək.

Xəbər xətti