"Qalatasaray" Aleks transferində son nöqtəni qoydu

17:48 - 14 Yanvar 2014

Futbolçu sabah Türkiyəyə yollanır
 
Türkiyənin "Qalatasaray" klubu gec də olsa Braziliyanın "Qremio" komandasında forma geyinən Aleks Tellesi heyətinə cəlb edib.
 
Sportal.az xəbər verir ki, "Qremio" klubunun rəsmi açıqlamasında iki komanda arasında razılıq əldə olunduğu və futbolçunun Türkiyəyə getməsinə göstəriş verildiyi deyilib. Telles sabah İstanbula gələcək.
 
Qeyd edək ki, 22 yaşlı futbolçu sol cinah müdafiəçisidir

Xəbər xətti