"Özümü sübut etmək üçün 2-3 oyuna ehtiyacım var" MÜSAHİBƏ

15:08 - 17 Yanvar 2014

Assis:"Hamı çempionluq haqqında fikirləşir"
 
"Qəbələ"nin yarımmüdafiəçisi Junior Assisin Sportal.az-a müsahibəsi:
 
- Təlim-məşq toplanışınız necə gedir?
- Hər şey qaydasındadır. Bizə verilmiş proqlamla çalışırıq. Hazırda komanda iki günlük istirahətdədir, daha sonra yenə qaldığımız yerdən davam edəcəyik.
 
- Bu toplanışdan sonra “Qəbələ”də necə dəyişiliklər olacaq?
- Biz əsasən fiziki məşqlərə üstünlük veririk, çünki qarşıda bizi uzun və ağır marafon gözləyir. Fasilədən sonra “Qəbələ” daha güclü olacaq.
 
- Fasiləyə qədərki oyunlarda nadir hallarda meydanlarda olan Assis komandadan ayrılmağı düşünür?
- Mən həmişə oynamağa hazır oluşam, bu 18 turda cəmi 2-3 dəfə meydanda olmuşam. Hələlik komanda ilə müqaviləm var, ayrılmağı düşünmürəm. Çalışıram ki, fasilədən sonra əlimdən gələni edim ki, heyətə düşə bilim. Keçən il hər oyun oynayırdım və yaxşı da oyun sərgiləyirdim,onda fikirləşirdim ki, bu mövsüm daha çox oynayacam.
 
- Syomin açıqlamalarının birindi bildirmişdi ki, Assis fiziki cəhətdən tam hazır deyil. Ona görə də, oynamır. Razısan bu fikirlə?
- Fiziki cəhətdən elə də problemim yoxdur, sadəcə mən iki-üç oyun oynamalıyam ki, oyun praktikamı geri qaytarım. Ancaq məşq etməklə heç vaxt yaxşı ola bilmərəm. Mənə iki oyunda oynamaq lazımdır ki, 100 faiz hazır olum. Ondan sonra özümü öz oyunumla sübut edəcəm.
 
- Bu barədə Syominlə söhbətin olub?
- Yox, söhbətimiz olmayıb.
 
- “Qəbələ” azarkeşlərinin sevimlilərindən birinə çevrilmisən. Onlarda oyunlarda səni meydanda görmək istəyirlər…
- Onlar həmişə məni dəstəkləyiblər, keçən il qollar vurmaqla özümü onmlara sevdirmişdim. Onların hər birinə tşəkkür edirəm və ümid edirəm qısa müddətdə hər şey əvvəlki kimi olacaq.
 
- Son olaraq bu mövsüm “Qəbələ”nin hədəflərindən danışardın..
- Hazırda liderdən bir xal geridyik, hər an biz liderliyə yüksələ bilərək. Güclü heyətə malikik, hamı da çempionluq haqqında fikirləşir.
 
Yusif HÜSEYN

Xəbər xətti