"Neftçi"nin "XL"ə cavabı:"Biz xəbər yollamadıq ki, az qol vurun"

14:44 - 19 Yanvar 2014

"Biz "Xəzər Lənkəran" "Fənərbağça"dan 4 cavabsız top buraxanda məyus olmuşduq"
 
Dünən "Neftçi" - "Xəzər Lənkəran" matçını şərh edən spikerin "Neftçi" "Xəzər Lənkəran"dan daha keyfiyyətli komandadır" deməsinə "Xəzər Lənkəran" tərəfindən cavab gəlmişdi.
 
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran"ın cavabına isə "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadədən reaksiya gəldi. O, bununla bağlı "facebook" səhifəsində aşağıdakı statusu paylaşıb.
 
"Əziz dostum Hüseyn. Dünən qapıçı Volkanın, türkiyəli şərhçinin dedikləri səni niyə qıcıqlandırıb? Deyəsən, sarı simdən vurublar, qardaş. Biz Azərbaycanı və vətənimizə aid nə varsa onu sevən insanlarıq, əziz dost. Biz "Xəzər Lənkəran" "Fənərbağça"dan 4 cavabsız top buraxanda məyus olmuşduq. Bizim üçün Azərbaycan komandalarının uğuru sevincimiz, məğlubiyyəti isə məyusluğumuzdur. Azərbaycan adı gələndə 20 ilə yaxındır(!) ki, azarkeşlik etdiyim "Fənərbağça" da vız gəlir. And olsun Allaha ki, bu belədir. Təəssüf ki, Volkanın, türkiyəli şərhçinin "Neftçi"yə verdiyi layiqli qiymət səni bu qədər qıcıqlandırıb və bir futbol adamına, futbolu bilən dostumuza yaraşmayan status yazmağa vadar edib. Bunu isə bəzi dostlarımız mətbuat səhifəsinə daşıyıblar. Deyirsən ki, istirahətdən gəlmişdi komanda. Əziz qardaş futbolu bilən istənilən adamdan soruşa bilərsən. Təlim məşq toplanışının 6-cı günündə komanda tam hazır olmur. Bununla belə dünən "Neftçi" əlindən ayağından gələni etdi ki, uduzmasın. Əksinə "Xəzər Lənkəran" "Fənər"in qarşısına çıxanda tam hazır vəziyyətdə idi. Bir də ki, "Xəzər Lənkəran"ın avrokubok oyunları arası Fənərlə oyun salması kimin istəyi idi? Biz nə oyundan sonra, nə də fasilədə rəqibin soyunub geyinmə otağına xəbər yollamadıq ki, imkanınız varsa az qol vurun. Heç sizin də bu istəyiniz olduğunu iddia etmirəm. Amma, əziz qardaş bu bir qardaşlıq və hazırlıq oyunu idi. İnşAllah ikinci dövrədə görüşərik".

Xəbər xətti