"Bu məsələni biz yox, rəhbərlik həll edir" MÜSAHİBƏ

16:31 - 21 Yanvar 2014

"Biz komanda olaraq belə şeylərə fikir vermirik"
 
"Rəvan"ın vitse-kapitanı Novruz Məmmədovun Sportal.az-a müsahibəsi:
 
- Hazırlıqlar necə gedir?
- Hər şey qaydasındadır, proqram üzrə çalışırıq. Bütün komanda məşqlərdə aktiv iştirak edir, məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq.
 
- Türkiyədə artıq ilk oyununuza çıxdınız və Braziliya təmsilçisinə qalib gəldiniz..
- Türkiyədəki ilk oyunumuz idi, qələbə qazanmaq istəyirdik. 1:0 geridə olmamıza baxmayaraq, sonradan oyunda geridönüş edib qalib gəldik. Komanda sona kimi vuruşdu və qələbəni əldə etdik.
 
- Artıq 15 gündən çoxdur ki, yeni baş məşqçi Güvənc Kurtarla çalışırsınız. Yeni baş məşqçi haqqında nə deyə bilərsən?
- Təcrübəli mütəxəssisdir, öz taktikasını daima fikirləşməyimizi istəyir.
 
- Artıq bu mövsüm “Rəvan”da baş məşqçi dəyişikliyi baş tutdu. Bu dəyişikliklər futbolçulara necə təsir edir?
- Baş məşqçi dəyişikliyi bizdən asılı olan bir məsələ deyil, bu məsələni rəhbərlik həll edir. O ki, qaldı təsir etməyinə, hər məşqçinin öz taktikası olur. O taktikaya uyğunlaşmaq bir az gec olur. Amma biz futbolçuyuq və bizə verilən tapşırığı meydanda yerinə yetirməliyik. 
 
- Bu dəyişikliklərə görə, “Rəvan”ı qeyri-ciddi klub adlandırırlar..
- Hər kəs nəsə deyə bilər, biz komanda olaraq belə şeylərə fikir vermirik, futbolumuzu oynayıb nəticə qazanmağa çalışırıq.
 
- Komanda olaraq bu mövsüm nəyi qarşısınıza məqsəd qoymsunuz?
- Artıq iki dövrə geridə qalıb, qarşıdakı iki dövrədə məqsədimiz qələbələr qazanıb xallarımızın sayını artıqmaqdır. Kubokdan da əlimizi üzməmişik, bacardığımız qədər irəliləyəcəyik və sona qədər mübarizə aparacağıq.

Xəbər xətti