Böyükağa Hacıyev:"Siz özünüz də bunun şahidi olacaqsınız"

02:03 - 22 Yanvar 2014

"Neftçi"nin yeni transferə ehtiyacı yoxdu"
 
"Mən bu gün durub öz komandamı tərifləsəm pis çıxar. “Neftçi”nin necə futbol oynadığını siz yazarlar daha yaxşı bilirsiniz. Bu gün “Neftçi”nin yeni transferə ehtiyacı yoxdu. Əldə olan heyət uğur qazanmaq üçün kifayət edir".
 
Sportal.az xəbər verir ki, bu sözləri Antalya toplanışında "Tobol" üzərindəki 4:2 hesablı qələbədən sonra "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev deyib.
 
Baş məşqçi toplanışda iştirak edən gənclərin çempionatda oynayacağını bildirib: "Bilirsiniz ki, əsasən “Neftçi”nin öz yetirməsi olan futbolçuları əsas komandaya cəlb etmişik. Onların üzərində işləyib daha yüksək səviyyəyə çatdırmaq isə biz məşqçilərin işidi. Antalyaya gətirdiyimiz gənc futbolçuları xidmətindən çempionatda da istifadə edəcəyik. Siz özünüz də bunun şahidi olacaqsınız".

Xəbər xətti