Höccət Hacıyev azarkeşlərin azad olunmasını istədi
"Xəzər Lənkəran” – “Neftçi” oyunundan sonra həbs olunan azarkeşlərlə bağlı bu gün keçirilən məhkəmədə yekun qərar verilməyib.
Sportal.az xəbər verir ki, hakim bu gün yekun qərar verməyib və son sözün fevralın 3-də deyiləcəyini bildirib.
Məhkəmənin yekun qərarı məhz fevralın 3-də məlum olacaq.
Qeyd edək ki, məhkəmədə "Xəzər Lənkəran"ın icraçı direktoru Höccət Hacıyev də çıxış edib və o, hakimlərdən ədalətli qərar çıxarmalarını, bu kimi halların bütün ölkələrdə baş verdiyini bildirib.
idmanxeber.com