"Deyə bilmərəm ki, "Xəzər Lənkəran"ı məğlub edəcəyik"

11:29 - 28 Yanvar 2014

Reynaldo: "Vəziyyətimdən razıyam"

 

"Antalyada yaxşı hazırlıq dönəmi keçirtik. Bir yoxlama oyunu baş tutmadı, amma ümumi olaraq vəziyyətimdən razıyam."

 

Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Reynaldo deyib. Futbolçu "Xəzər Lənkəran"la vacib oyunlarına da şərh verdi:

 

"Xəzər Lənkəran"la bizi çətin oyun gözləyir. Deyə bilmərəm ki, qalib gələcəyik. Çünki futbolda hər şey olur. Qalib gəlmək üçün mübarizə aparacağıq."

Xəbər xətti