"Bakı" - "Neftçi" matçının vaxtı dəyişdi

16:10 - 28 Yanvar 2014

Millinin təlim-məşq toplanışı təqvimdə dəyişikliklər səbəb oldu
 
Azərbaycan milli komandasının 01-05 mart tarixlərində baş tutacaq təlim-məşq toplanışını və 05 mart tarixində keçiriləcək yoldaşlıq görüşünü nəzərə alaraq Azərbaycan Premyer Liqasının təqvimində dəyişikliklər edilib.
 
Sportal.az xəbər verir ki, 22,23 və 24-cü turun bütün oyunları bir gündə keçiriləcək:
 
1. 21-ci turun “Bakı” – “Neftçi” oyunu 16 fevral tarixindən 15 fevral 2014-cü il tarixinə keçirilmişdir.
 
2. 22-ci turun bütün görüşləri 19 fevral, 23-cü turun bütün görüşləri 23 fevral, 24-cü turun bütün görüşləri isə 28 fevral tarixinə keçirilmişdir.

Xəbər xətti