"Sumqayıt" - "Qəbələ" matçlarının başlama vaxtı müəyyənləşdi

00:36 - 1 Fevral 2014

Birinci əvəzedicilər, daha sonra əsas komandalar
 
"Qəbələ"nin əsas və əvəzedici heyətinin XIX tur çərçivəsində keçirəcəyi oyunların tarixi dəyişdirilib.
 
Sportal.az xəbər verir ki, buna Sumqayıtdakı əlverişsiz hava şəraiti səbəb olub.
 
"Sumqayıt"ın əsas və əvəzedici komandaları ilə qarşılaşmalar fevralın 2-də baş tutacaq. Əvəzedicilər saat 10:00-da, əsas komandalar isə 14:00-da üz-üzə gələcəklər.

Xəbər xətti