Respublika stadionu "Qarabağ" - "Xəzər Lənkəran" matçına tam hazırdır

14:28 - 1 Fevral 2014

Ot örtüyü normal vəziyyətdədir
 
Tofiq Bəhramov adına Respublika stadionu Premyer Liqanın XIX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçına tam hazır olacaq.
 
Sportal.az xəbər  verir ki, bu barədə Lent.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
 
O bildirib ki, fevralın 1-də saat 17:00-a nəzərdə tutulan qarşılaşmanın vaxtında başlamasına heç bir problem yoxdur. Artıq stadionun yarıyadək təmizləndiyini deyən İsmayılov ot örtüyünün normal vəziyyətdə olduğunu açıqlayıb.

Xəbər xətti