Millimiz yoldaşlıq oyunu keçirəcək

14:52 - 1 Fevral 2014

Yığma komandamızın rəqibi Filippin olacaq
 
Martın 1-dən 5-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan milli komandasınn təlim-məşq toplanışı təşkil olunacaq.
 
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplanış çərçivəsində martın 5-də millimiz Filippin yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.
 
Qeyd edək ki, fevralın 23-də Avro-2016-nın püşkatma mərasimi keçiriləcəyinə görə AFFA yoldaşlıq oyunu üçün rəqibi püşkatmadan əvvəl müəyyənləşdirmək qərarına gəlib.
 

Xəbər xətti