"Böyük oyun" öncəsi "Neftçi"də son vəziyyət

00:02 - 4 Fevral 2014

Komandada iki cəzalı
 
Premyer Liqanın 20-ci turunda "Neftçi" səfərdə "Xəzər Lənkəran"ın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, hazırda "Neftçi"nin heyət baxımından cəmi iki itkisi var. Bunlar cəzalı olan Elvin Yunuszadə və Ruslan Qurbanovdur.
 
Ötən tur "Simurq"la matçda zədələnən Erik Ramos və Cavid İmamverdiyevin zədəsi artıq sağalıb və komanda ilə birlikdə məşqlərdə iştirak edəcək.
 
Premyer Liqanın son turunda cəzalı olan Mahir Şükürovun cəzası başa çatıb və cinah müdafiəçisi bu matçda forma geyinə bilər.

Xəbər xətti