Marat İzmaylovun "Qəbələ"yə transferinin dəqiq qiyməti bizdə ÖZƏL

13:16 - 10 Fevral 2014

Bu transfer nə 500, nə də 700 min avroya başa gəlib

 

Premyer Liqa klubları arasında qış tansfer “bombasını” şübhəsiz ki, “Qəbələ” “parlatdı”. Bölgə təmsilçisi “Portu”dan Marat İzmaylovu heyətinə qatmaqla, həm də Azərbaycandan kənarda diqqətləri öz üzərinə cəlb etdi.

 

İlk baxışdan inandırıcı görünməsə də, “Qəbələ” mövsümün sonuna qədər Marat İzmaylovu icarəyə götürməyə müvəffəq oldu. Ölkə mətbuatında bu transferlə bağlı müxtəlif rəqəmlər səsləndirildi. Lakin bu transfer nə 500, nə də 700 min avroya başa gəlib.

 

Sportal.az İzmaylovun dəqiq  transfer qiymətini öyrənib. İlk növbədə vurğulayaq ki, İzmaylovun “Qəbələ”nin dəvətini qəbul etməsində baş məşqçi Yuri Syomin amili xüsusi rol oynayıb. “Portu”da oyun praktikasından əziyyət çəkən İzmaylov müəlliminin yanına gəlmək qərar verib. O, açıqlamalarında da deyib ki, Azərbaycanda oyun təcrübəsini artırıb yenidən Portuqaliaya qayıtmaq istəyir. Transferin qiymətinə gəlincə isə, “Qəbələ” 4 aya görə İzmaylova 150 min dollar ödəyəcək. Qeyd olunan məbləğ 4 ay ərzində maaş şəklində ödəniləcək. 

 

Xəbər xətti